İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqlənib.
Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarını imzalayıb.
Qərarla İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.
Bu Qərar imzalandığı gündən qüvvəyə minir.