Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.
Siyasetinfo xəbər verir ki, dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.
“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – paylaşımda deyilir.