“44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Biz bu gün burada bütün şəhidlərimizi yad edirik. Allah 20 Yanvar şəhidlərinə, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı arzu edirəm”
Siyasetinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
“Mən burdakıların hər birinin necə qəbirə qoyulmaqlarının şahidi olmuşam. Burdakı qəbirlərinin qazılmasını çox yaxşı xatırlayıram. Mən təkid etdim ki, şəhidlərimiz burada dəfn olunsun. Dəfn üçün təchizat da vermədilər bizə. Qar yağırdı, hava çox soyuq idi. İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar. Çox çətin idi. Dövlət bizə kömək etmədi. Xalq toplaşıb şəhid oğullarını dəfn elədi. Amma bizim torpaqlarımız azad oldu, biz özümüzü tanıdıq. Azərbaycanın müstəqilliyinə görə biz şəhidlərimizə dua etməli, onları unutmamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”, – A.Paşazadə qeyd edib.