Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışında xalqımızı tarixi qələbə münasibəti ilə təbrik etməklə yanaşı Ermənistana və onun havadarlarına növbəti mesajlarını çatdırdı. Zəfər bayramı münasibəti ilə Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi təbrik edən Müzəffər Ali Baş Komandan şəhidlərin əziz xatirəsinin hər zaman yüksək tutulacağını bildirib. Ordumuz şəhidlərimizin və bütün günahsız qurbanların qisasını, qanını döyüş meydanında alıb. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixi, parlaq Qələbəsi kimi yaddaşlara həkk olunub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və irəli gedərək torpaqlarımızı Ermənistanın işğalından azad etdi: “Beləliklə, 300-dən çox şəhər və kəndimiz Ermənistanın işğalçılardan azad oldundu. Güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən işğalçı Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzalanmağa məcbur edildi. Sözsüz ki, bu tarixi bir qələbə Azərbaycan xalqının iradəsi, əzmi, Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birlik olmanın nəticəsində mümkün oldu. Cənab Prezidentin də vurğuladığı kimi torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmayıb. Ermənistan və onun arxasında duran qüvvələr işğalı qəbul etdirmək üçün müxtəlif yollara əl ataraq status-kvonu saxlamaq, Azərbaycanı işğalla barışdırmaq istəyirdilər. Sülh və danışıqlardan başqa məsələnin həll yolunun olmadığı iddiası davamlı olaraq gündəmə gətirilirdi. İddia olunurdu ki, bu münaqişənin hərbi həlli yoxdur. Sözsüz ki, sülh danışıqları uğursuzluqla bitdikdən sonra və Ermənistanın işğala rəğmən təxribatlarını davam etdiyi ərəfədə yeganə çıxış yolu Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü hərbi müstəvidə təmin etmək idi. Ulu öndər Heydər Əliyev strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli və dövlətçilik maraqlarının ən yüksək səviyyədə təmin edərək yeni bir reallıq yaratmış oldu. Beləliklə, işğalçı Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olaraq diz çökdürüldü və düşmən kapituliyasiya aktına imza atmağa məcbur edildi. Ölkə başçısının da qeyd etdiyi kimi “2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək”.
Təəsüf ki, bu gün Ermənistanın Qərbdəki bəzi havadarları ondan “sülh göyərçini” düzəltmək istəyir. İşğala, etnik təmizləməyə, vandallığa, barbarlığa məruz qalan Azərbaycan olduğu halda sanki bunların üzərindən keçək kimi niyyətlər sərgilənir. Halbuki 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilib. Məscidlər, qəbirlər dağıdılıb, Qarabağ, Şərqi Zəngəzur viran edilib. Görünən odur ki, Ermənistanın bu vəhşiliyini bəzi Qərb dövlətləri unutdurmaq istəyir. Sözsüz ki, Azərbaycan xalqı Ermənistanın həyata keçirdiyi bütün bu vəhşilikləri heç vaxt unutmayıb və bundan sonra da yaddan çıxartmayacaq. II Qarabağ müharibəsi müddətində belə Ermənistan hərbi cinayətlər törədərək dinc şəhərləri bombalayıb, günahsız insanların, qadın və uşaqların ölümünə səbəb olub. Təbii ki, Ermənistanın bu dağıdıcı hərəkətləri Azərbaycan xalqının iradəsinə təsir edə bilməzdi. Ancaq düşmən məğlubiyyətini qəbul edib kapituliyasiya aktına imza atıb, üzərinə öhdəliklər götürdükdən sonra döyüş əməliyyatları dayandırıldı. Nəticədə, Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı”.
Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror tədbirləri onlara növbəti dərs olub: “Bununla da Azərbaycanın suverenliyi tam təmin edilib, ölkə ərazisinbdə separatçılığın kökü kəsilib. Bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazıb. Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsində düşməni məcbur olub Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini geri qaytardı Bu kəndlərin geri qaytarılması zamanı heç bir güc tətbiq edilməyib. Amma bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqla barışmaq istəməyən qüvvələr var. Bu gün mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər. Prezident İlham Əliyev də çıxışında bir daha bununla bağlı xəbərdarlıq etdi və öz mesajlarını çatdırdı. Güclü Azərbaycan Ordusu bu gün ölkəmizə qarşı yönələn istənilən təxribatın qarşısını almağa qadirdir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan sülh təşəbbüsləri bu gün beynəlxalq birliyə tam aydındır: “Azərbaycan ərazisində yaşamış ermənilər də normal şəraitə malik olublar. Ölkə baçışı da qeyd edib ki, “Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Onlar bizə qarşı soyqırımı törətdilər – Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir”. Heç bir təzyiq və aparılan qarayaxma kampaniyası Azərbaycanın iradəsinə təsir edə bilməyəcək. Azərbaycan güclü və qalib ölkə kimi regionda, qlobal miqyasda söz sahibidr. Bu gün Bakı BMT-nin ən mötəbər təbbiri olan COP29-a ev sahibliyi edir. Məhz belə bir tədbirin ölkəmizdə keçirilməsi dövlətimizin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olmaqla yanaşı Azərbaycana, Onun Prezidentinə olan inam və etimadın bariz nümunəsidir”.