Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy şəhərində deputat qərargahında və rayonun Slavyanka kəndində seçicilərin qəbulunu keçirib.
Seçicilər tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, elektrik, qaz təchizatı və digər məsələlərlə bağlı oldu.
Qəbulda Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak etdi.