2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının Nəsimi rayonu, Cavadxan küçəsi 19-21 və H.Seyidzadə 24-26 ünvanlarında yaşayan seçicilərlə görüşü keçirib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır: “Builki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə – Yeni dövrə Yeni Azərbaycanla qatılır”.
Deputatlığa namizəd Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə seçkiqabağı mühit istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Qeyd olunub ki, bu mənada, dəyərli seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcək.
Nəsimi rayon seçiciləri Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildirib.