Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman şəhidləri Teymur İsmayıl oğlu Mirzəyevin və Şahbazlı Əlikram Novruz oğlunun ailələrini ziyarət etdim. Bu ziyarətlər zamanı şəhidlərimizin əziz xatirələrini dərin hörmətlə yad etdik və onların ölkəmizin azadlığı və inkişafı uğrunda verdikləri misilsiz töhfələri bir daha xatırladıq.
Dövlətimizin şəhid ailələrinə göstərdiyi xüsusi qayğı, onların qarşısında olan mənəvi borcumuzun təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət, şəhid ailələrinin rifahının yüksəldilməsinə və onların ehtiyaclarının qarşılanmasına yönəlib. Dövlətimiz hər zaman şəhid ailələrinin yanında olub və olacaqdır, onların hüquqlarının qorunması və rifahının təmin edilməsi bizim üçün əsas prioritetdir.
İgid oğullarımızın xidmətləri heç zaman unudulmayacaq və bu müqəddəs ailələrin hər zaman yanında olacağıq. Bu ziyarətlər, şəhidlərimizin ailələrinə olan dəstəyimizin və onların əziz xatirələrini daim uca tutmağımızın göstəricisidir.