Əziz 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Sakinlər,
Qiymətli Seçicilərim,
Bugün artıq 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin 11-ci günündəyik. Bu müddət ərzində əziz seçicilərimlə keçirdiyim görüşlərin qısa xülasəsini hesabat kimi diqqətinizə çatdırmağı özümə borc bilirəm.
Öncə bir daha bütün görüşlərdə mənə olan səmimi münasibətə, fəal iştiraka görə Sizin hər birinizə təşəkkür edirəm.
Dəyərli Seçicilərim, bu görüşlərdə sizi narahat edən və üzləşdiyiniz problemləri cəmləşdirərək Sizə təqdim edirəm:
- Nəsimi rayonu ərazisinə aid olan 1-5 Mikrorayonların bir sıra məhəllələrində istilik sistemində ciddi problemlərin olması;
- Mikrorayonlarda Sovet dövründə inşa edilmiş yaşayış binalarının (el arasında Xruşşovka adlanır) bir çoxunun hələ də zirzəmi hissəsində kanalizasiya xəttlərinin yararsız olması;
- Kanalizasiya xəttlərinin yararsız olduğu bu binalarda üfunətli qoxuların və müxtəlif həşaratların sakinlərdə ciddi narahatçılıq yaratması;
- Bu zirzəmilərin vaxtlı-vaxtında dezinfeksiya olunmaması;
- Bəzi məhəllələrdə içməli su təchizatında fasilələrin uzun olması;
- Blokların işıqlandırılması ilə bağlı problemlər;
- Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində 1-5 Mikrorayonlar üzrə 200-dən çox məhəllədə yüksək səviyyədə təmir-abadlıq işləri başa çatsa da, onlarla məhəllələrin də abadlaşmasına ehtiyac olduğu;
- Yararsız vəziyyətdə olan bir sıra evlərin dam örtüklərinin təmirə ehtiyac olması;
- Məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinə və mədəniyyət işçilərinə də “Sosial Evlər” layihəsindən istifadə etmək hüququnun verilməsi;
- Parkingdən istifadə qaydalarının sadələşdirilməsi;
- Uşaqların asudə vaxtlarının keçirilməsi üçün mini idman meydançalarının kifayət etməməsi;
- 4-cü Mikrorayonda yerləşən Nigar Rəfibəyli adına Uşaq Kitabxanasının əsaslı təmir olunması;
- Müvafiq icra orqanları qarşısında 4-cü Mikrorayonun Binəqədi rayon ilə kəsişdiyi ərazidə olan yaşıllıq zolağının abadlaşdırılmasını qaldırmaq;
- Təhsil və Səhiyyə sahəsində çalışan texniki işçilərin əməkhaqlarının qaldırılması;
- Aliment verilmə qaydalarının daha da təkmilləşdirilməsi və alimentdən yayınma hallarının qarşısının alınması ilə bağlı aidiyyatı strukturlara müraciət etmək;
- Hərbiçi ailələrin sosial problemlərinin, xüsusən də, onların mənzil təminatı ilə bağlı mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi.
Əziz 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Seçicilərim, diqqətinizə çatdırdığım bu problemlər təbliğat-təşviqat tədbirləri zamanı keçirdiyimiz müxtəlif görüşlərdə Sizlər tərəfindən səsləndirilən təklif və problemlərdir. Çox sağ olun. Sizi əmin etmək istərdim ki, əgər mənə etimadınızı qazanıb Parlamentə seçilərəmsə, əvvəllər də olduğu kimi, var qüvvəmlə sizin üzləşdiyiniz problemlərin həllinə çalışacağam. Məlumat üçün bildirmək istəyirəm ki, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Bir daha bu görüşlərdə fəal iştirak etmənizi xahiş edirəm. Bizimlə 7/24 əlaqə saxlamanızı rica edirəm.
Telefon: +99450 255-21-42
E-mail: [email protected] / [email protected] / [email protected]
Facebook: https://www.facebook.com/mibrahimgizi?mibextid=ZbWKwL
İnstaqram: https://www.instagram.com/ibrahimgizi?igsh=bzNsNmx2Y3RyenB1
X səhifəsi: https://x.com/MalahatIbrahim1?t=eKSZA23Z8zqS7oMj4sn9gw&s=09