ABŞ Dövlət Departamenti heç bir əsas olmadan Azərbaycanı din azadlığı “ağır şəkildə” pozan ölkələr siyahısına salması qərəzlilik və ikili yanaşmanın təzahürüdür. Görünən odur ki, rəsmi Vaşinqton müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili standartlara əsaslan münasibət göstərməkdən çəkinmir. Azərbaycanın müstəqil siyasət yürütməsi ərazi bütövlüyünü təmin etməsi Amerika kimi başqalarına öz maraqlarını diktə edən dövlətləri ciddi narahat edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ kimi imperialist dövlətlərin yuxusuna haram qatıb: “ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqları pozulmuş ölkə elan ediləcək izləmə siyahısına daxil edib. Dövlət Departamenti bu qərarı Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) bu hesabatı əsasında qəbul edib. Hesabat din azadlığı ilə heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur. “Hesabatı” Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti hazırlayıb. Bu şəxs ABŞ-da ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyasının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun direktorlarından biri olub. Yəni, əslində, xarici dövlətdə işlədikdən sonra Aşbaxyan ABŞ hökumətində xidmət etməyə gedib və xarici siyasəti müəyyən edən materiallar tərtib edib. Erməni lobbisinin əsirinə çevrilən ABŞ Dövlət Departamenti müstəqil dövlətlərə qarşı amansızcasına səlib yürüşünə başlayıb. Burada onlar ancaq erməni lobbisinin maraqlarına uyğun “hərəkət” edirlər. Sözsüz ki, hazırkı şəraitdə ABŞ-ın milli maraqları belə arxa plana keçib. Çünki bu gün din mövzusu ətrafında manipuliyasiya etmək və bunun əksinə olaraq riyakarlıqla məşğul olmaq ancaq erməni lobbisinin maraqlarına xidmət etmək deməkdir. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə-yeksan edən Ermənistana hələ də dünya birliyi o cümlədən ABŞ gözün-üstündə qaşın var deməyib. Bunun əksinə olaraq dünyada tolerantlıqda ad çıxaran, multikultural dəyərləri üstün tutan Azərbaycana qarşı qarşı qərəzli mövqe sərgilənir. Azərbaycan bu gün dünyada bütün millətlərin eyni, bərabər şəraitdə yaşadığı bir ölkədir. Bu gün Bakının mərkəzində erməni kilsəsi içərisində erməni dilli dini ədəbiyyatla birgə mühafizə edilir. Bütün bunlar onu göstərir ki, dini məsələrlə bağlı yayılan bu “hesabat” yalan və cəfəngiyyat üzərində qurulmaqla yanaşı erməni maraqlarına xidmət edən təzyiq vasitəsi kimi ortaya atılıb”.
Deputat bildirib ki, bu ABŞ-ın Azərbaycana qarşı səlibçi zehniyyətindən qaynaqlanan bir faktdır: “İndiki ABŞ administrasiyası qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxır. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Qarabağda xristian dini məbədlərin qorunması ilə bağlı qərəzli hesabat heç bir fakta əsaslanmır. Bu açıq şəkildə ikili standartlardan irəli gələn yanaşmadır. Fakt isə odur ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Qarabağda müsəlman dini məbədlərini, müqəddəs yerləri dağıdıb, yerlə-yeksan edib. Məscidlərdə donuz, mal-qara saxlanılıb, müqəddəes yerlər təhqir olunub. 20 faiz tarixi Azərbaycan torpaqlarında erməni barbarları tərəfindən İslam dininə aid bütün məscidlər, minarələr dağıdılıb barbarlığa məruz qalıb. Azərbaycan xalqının min illiklər mövcud olmuş tarixi mədəni-mənəvi dəyərləri yox edilib. Ekoloji terror həyata keçirilib. Amma çox təəsüf ki, bu gün dünya birliyi ABŞ, Fransa kimi ölkələr bunu görməzdən gəlir. Proseslərə ancaq öz siyasi konyuktur maraqlarınadan yanaşır ki, bunun da nəticəsi riyakarlığa və ikili yanaşmaların ortaya çıxmasına səbəb olur”.
Millət vəkili hesab edir ki, bu yaxınlarda İrəvanda sinaqoqun dağıdılması ilə bağlı ABŞ və digər Qərb ölkələrindən heç bir reaksiya verilməyib: “Öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaran rəsmi Vaşinqton erməni lobbisinin əlində necə oyuncağa çevrildiyinin nəhayət fərqində olmalıdır. Çünki Azərbaycana qarşı məlum qərəzli hesabata nəzər saldıqda burada erməni lobbisinin izi açıq şəkildə görünür. Həmin qərəzli hesabatın müəllifi ABŞ Dövlət Departamentinin rəsmisi Daniella Aşabxyan olduğunu aşkara çıxınca burada bütün məqamlara aydınlıq gəlmiş olur. Vaxtilə bu erməni Amerika Erməni Assambleyasının direktorlarından biri olduğunu nəzərə alsaq onun Azərbaycana qarşı bu kimi qərəzli, yalan hesabatların ortaya çıxmasında rolu heç də az deyil”.
Eldar Quliyev vurğulayıb ki, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı bütün tarixi, dini, mədəni abidələrin Ermənistan tərəfindən məhv edilməsinə də dünya birliyi tərəfindən heç bir adekvat reaksiya verilməyib: “Faktiki olaraq Ermənistan ərazisində azərbaycanlılara məxsus 300-ə yaxın məscid, 500-ə yaxın qəbiristanlıq dağıdılıb. Amma bu faktlar Azərbaycana qarşı qərəzli “hesabat” hazırlayanların diqqətini nədənsə cəlb etmir. 30 il ərzində Azərbaycan ərazisində 67-i məscidi, 144-ü məbədi, 192-i ziyarətgahı ermənilər barbarcasına dağıdıb. 67-i məsciddən 63-ü tamamilə dağıdılıb. 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Görünən isə odur ki, ABŞ hakimiyyət orqanları obyektivlikdən uzaq hesabatında bunları da qeyd etməyib. Fakt isə odur ki, ermənilər 30 il işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrini, divar yazılarını özününküləşdirməyə cəhd edib və yaxud dağıdıb”.