Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin yeni tarixi mərhələyə qədəm qoyduğu bir dövrə təsadüf edir. 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultayda partiyanın qarşıdakı fəaliyyət istiqamətləri, təşkilati məsələlər və ölkənin siyasi həyatında baş verən mühüm proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Bunu YAP təmsilçisi, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev Partiyanın Qurultayında çıxışında olduqca mühüm məsələlərdən bəhs etməklə qarşıda duran əsas vəzifələrlə bağlı mühüm yol xəritəsinin əsas istiqamətlərini də diqqətə çatdırdı:
“Sözsüz ki, hakim partiyanın ali yığıncağının əhəmiyyəti, ilk növbədə, onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk YAP qurultayı olması ilə bağlıdır. Bu reallıq ölkənin siyasi gündəliyində yeni prioritetlərin formalaşmasına, qarşıda duran vəzifələrə yeni yanaşmaların müəyyənləşdirilməsinə zəmin yaradır.
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. 1992-ci ildə yaradılan partiya sonrakı illərdə ölkənin siyasi həyatında aparıcı siyasi təşkilatlardan biri kimi fəaliyyət göstərib.
Partiyanın qurultayları isə müxtəlif dövrlərdə ölkədə və regionda baş verən proseslər fonunda təşkilati və siyasi fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirildiyi mühüm platforma rolunu oynayıb.
VIII Qurultayın keçirildiyi mərhələnin əsas xüsusiyyəti Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi Zəfərdən və 2023-cü ildə həyata keçirilmiş tədbirlər nəticəsində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşmış yeni reallıqlardır.
Bu baxımdan qurultayda yalnız partiyanın daxili məsələləri deyil, həm də Azərbaycanın qarşısında duran yeni vəzifələr və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub”.
Şura sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin qarşısında yeni vəzifələr müəyyənləşdirib:
“İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış prosesinin həyata keçirilməsi, həmin ərazilərdə müasir infrastrukturun yaradılması və dayanıqlı məskunlaşmanın təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Yeni mərhələdə Azərbaycanın qarşısında duran vəzifələr yalnız bərpa və quruculuqla məhdudlaşmır. Ölkənin iqtisadi potensialının artırılması, sosial inkişafın davam etdirilməsi, müasir texnologiyaların tətbiqi, insan kapitalının inkişafı və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi də mühüm məsələlər sırasında yer alır.
YAP-ın VIII Qurultayın gündəliyi də məhz belə bir tarixi şəraitdə formalaşıb. Bu baxımdan qurultay partiyanın gələcək fəaliyyətinin yeni reallıqlara uyğunlaşdırılması baxımından diqqət çəkir.
Sözsüz ki, siyasi partiyaların fəaliyyətində təşkilati strukturun dövrün tələblərinə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra bu istiqamətdə bir sıra dəyişikliklər həyata keçirilib.
VII Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib, idarəetmə və təşkilati strukturlarla bağlı mühüm qərarlar verilib. İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurası kimi strukturların fəaliyyəti müəyyənləşdirilib, partiyanın gənclərlə işinin və yerli təşkilatların fəaliyyətinin daha səmərəli təşkili üçün yeni mexanizmlər formalaşdırılıb.
VIII Qurultay isə həmin proseslərin davamı kimi yeni siyasi mərhələnin tələblərinə cavab verən yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.
Aqil Məmmədov vurğulayıb ki, bu gün siyasi təşkilatların qarşısında ənənəvi fəaliyyət mexanizmləri ilə yanaşı, yeni kommunikasiya imkanlarından istifadə, sosial şəbəkələrdə fəallıq, gənclərlə daha sıx əlaqələrin qurulması və cəmiyyətin müxtəlif təbəqələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi kimi vəzifələr də dayanır:
“Müasir dövrdə gənclərin ictimai-siyasi proseslərdə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Yeni nəslin sosial və siyasi fəallığının artırılması, onların idarəçilik və ictimai fəaliyyət sahələrinə cəlb olunması siyasi təşkilatların qarşısında duran mühüm vəzifələrdəndir.
Yeni mərhələdə YAP-ın qarşısında dayanan vəzifələr sırasında cəmiyyətlə kommunikasiyanın daha da gücləndirilməsi, ictimai təşəbbüslərə diqqətin artırılması və siyasi proseslərdə iştirak imkanlarının genişləndirilməsi də xüsusi yer tutur.
VIII Qurultay YAP üçün yalnız növbəti təşkilati tədbir deyil, həm də qarşıdakı dövrün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platformadır.
Azərbaycanın yeni inkişaf mərhələsində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın davam etdirilməsi, azad edilmiş ərazilərin bərpası, gənc nəslin ictimai fəallığının artırılması və müasir idarəçilik yanaşmalarının tətbiqi mühüm məsələlər sırasındadır.
Partiyanın qarşıdakı fəaliyyətində bu istiqamətlərin hər biri yeni siyasi və sosial reallıqlar nəzərə alınmaqla aktuallıq kəsb edir. Eyni zamanda, siyasi təşkilatın cəmiyyətin dəyişən gözləntilərinə uyğunlaşması, yeni kommunikasiya vasitələrindən səmərəli istifadə etməsi və təşkilati potensialını daha da inkişaf etdirməsi qarşıdakı dövrün əsas məsələlərindən biri olaraq qalır.
Bu xusda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi ölkənin siyasi tarixində özünəməxsus yer tutur.
Qurultayda müzakirə olunan məsələlər Azərbaycanın yeni tarixi mərhələsinin xüsusiyyətlərini, qarşıda duran vəzifələri və siyasi təşkilatların fəaliyyətinin dəyişən reallıqlara uyğunlaşdırılması zərurətini bir daha gündəmə gətirib.
Bu mənada VIII Qurultay YAP-ın gələcək fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, yeni dövrün siyasi gündəliyinin müzakirə olunduğu mühüm tədbir kimi diqqəti cəlb edir.
Azərbaycanın qarşısında dayanan yeni vəzifələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadi inkişafın davam etdirilməsi, insan kapitalının gücləndirilməsi və ictimai-siyasi institutların təkmilləşdirilməsi ölkənin gələcək inkişaf gündəliyinin mühüm istiqamətlərini təşkil edir.
VIII Qurultay da məhz bu yeni reallıqlar fonunda YAP-ın qarşıdakı fəaliyyətinə dair baxışların ifadə olunduğu mühüm siyasi-təşkilati tədbir kimi yadda qalıb”.
