Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunda Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin anası Sona xanım Əliyevanın vəfatı ilə bağlı ailəsinə baş çəkərək, dərin hüznlə başsağlığı verib və kədərlərini bölüşüb.
Qeyd edək ki, polis leytenantı İlham Müzəffər oğlu Əliyev 19 avqust 1990-cı il tarixdə Qazax rayonunun Əskipara kəndində igidliklə vuraşaraq qəhrəmancasına şəhid olub.
Gədəbəy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi onun adını daşıyır.
2013-cü ildə Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin həyat və şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilib.
Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç vaxt unudulmur və hər zaman xalqımızın qəlbində yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



