Bildiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstəribdir. Hətta ölkəmizin, xüsusilə də səhiyyənin ən çətin vaxtlarında biz bu dəstəyin şahidi olmuşuq. Minnətdarlıqla qeyd etməliyik ki, Mehriban xanım Əliyeva istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Həydər Əliyev Fondunun dəstəyi ilə qeyd etdiyim sahələr üzrə çoxsaylı töhfələr vermişdir. Bu gün də Mehriban xanım Əliyeva Respublikamızın Birinci vitse-prezidenti kimi bu sahələrə xüsusi diqqət göstərir. Bunun məntiqi nəticəsi kimi, Mehriban xanım Əliyeva bu günlərdə nəcib bir missiya ilə, daha dəqiq desək tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.
Onun bu nəcib təşəbbüsü Respublikamızın Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanmış və bu təşəbbüsün reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verilibdir. Hesab edirəm ki, belə bir humanist qərar həm də ölkəmizdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların tərkibi olmaqla, həm də dövlətimizim, Dövlət Başçısının həyata keçirdiyi davamlı sosial siyasətin göstəricisidir. Minnətdarlıqla qeyd etməliyik ki, möhtərəm Prezidentimizin bu tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcəkdir. Əslində ölkəmizdə son illərdə həyata keçirilən əməkhaqqı islahatı da dövlət siyasətinin təməlinin məhz sosial xarakterli olmasını sübut edir. Əminik ki, bu qərar ölkə səhiyyəsinin gələcək inkişafına, əhaliyə daha keyfiyyətli tibb xidmətinin göstərilməsində də öz müsbət təsirini göstərəcəkdir. Ümumiyyətlə tibbi xidmətin keyfiyyətinin davamlı olaraq artırılması hər bir dövlətin təhlükəsizlik doktrinasının strateji istiqamətlərindən biri olan demoqrafiq təhlükəsizliyin qorunmasında mühüm amillərdən biridir.
Bu nəcib təşəbbüs və bu təşəbbüs əsasında Dövlət Başçısının humanist qərarı ilk növbədə, həkim və orta tibb işçilərinin və bütövlükdə səhiyyə işçiləri üçün əlamətdar hadisə olmaqla ölkəmizin sosial həyatına, böyük töhfədir. Sözsüz ki, tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Belə ki, bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah Azərbaycan vətəndaşına göstəriləcək keyfiyyətli tibbi xidmətinə edilən investisiyadır.
Bildiyimiz kimi, ölkəmizdə səhiyyəsində əsaslı islahatlar çərçivəsində büten bölgələrdə səhiyyənin zəngin maddi-texniki bazası yaradılmış və yüksək səviyyədə tibb təhsili almış güclü kadrlarla yetişdirilmişdir.

Yəni səhiyyə sahəsində bütün istiqamətlər üzrə, kompleks və paralel islahatlar həyata keçirməklə uğurlar əldə edilir. Yəni bir daha qeyd etmək istərdim ki, müasir standartlara cavsb verən xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək, müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar yetişditməklə bərabər, həm də tibb işçilərinin maddi rifahı da artırılmalıdır. Beynəlxalq təcrübədə də yüksək tibb xidmətin əldə edilməsində əməkhaqqı siyasətinin də böyük önəmi var. Etiraf etməliyik ki, bugün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmamazlığının dənəblərindən biri də əmək haqqlarının qənaətbəxş olmaması ilə əlaqədardır. Yəni bu qeyd etdiyim parametrlər bir-birlərini tamamlayaraq ölkə əhalisinin keyfiyyətli tibb xidmətini təmin edən amillərdəndir. Bugünkü nəcib təşəbbüs və bu təşəbbüs əsasında qəbul edilmiş qərar da bütün qeyd etdiyim parametlərə ən yüksək səviyyəli cavabdır.
Hesab edirəm ki, bölgələrdə tibb kadrlarının kritik çayışmamazlığının qarşısının alınması eçen gələcəkdə də
əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davamlı olaraq aparılmalıdır.
Belə ki, dünyanın bütün ölkələrində ən yüksək əmək haqqı alan tibb işçiləri əməklərinin qarşılığını aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə onun göstərdiyi tibb xidməti də yüksək olacaqdır. İnanırıq ki, gələcəkdə aparılacaq əməkhaqqı islahatında tibb işçilərinin peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və göstərdikləri xidmət keyfiyyəti nəzərə alınacaqdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin tərkibi kimi yüksək qiymətləndirilir.
Fürsətdən istifadə edərək, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi həm Respublikamızın Prezidentinə, həm də Respublikamızın Birinci vitse-prezidentinə sonsuz təşəkkürümü bildirirəm.
