BAKI, 22 iyun. SİYASƏTİNFO
Milli Məclisin deputatı Sevinc Hüseynova seçki dairəsi üzrə növbəti görüşünü keçirib.
Siyasətinfo xəbər verir ki, deputatın Milli Məclisdə təmsil etdiyi Seçki Dairəsi üzrə seçicilərlə növbəti görüşü Gədəbəy rayonunun Əyrivəng kəndində olub.
Görüşdə seçicilərin qaldırdığı bütün məsələlər, müraciətlər dinlənilib və qeyd edilib.
Seçicilərin müraciətləri əsasən sosial məsələlər, məşğulluq və digər istiqamətləri əhatə edib.
Qeyd edək ki, deputat Sevinc Hüseynovanın seçicilərlə görüşündə Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak eedib.









