Mətbuatdan da xəbər verildiyi kimi, 4-5 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər keçirilmişdir.
Belə ki, Ankara Universitetinin ev sahibliyində QAİ-nin Qadınlar Şurası və Universitetin Gözəl Sənətlər Fakültəsi ilə birgə əsrlərboyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin öz doğma yurd yerlərində yaratdıqları mədəni irsin təbliği, təşfiqi, Türkiyə və dünyaya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilmiş “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” mövzusunda konfransda ümumtürk-islam mədəniyyətinin bir parçası olan Qərbi Azərbaycanlıların mədəni irsinin dünya sivilizasiyasına bəxş etdiyi bənzərsiz töhfələri və erməni vandalizminin dünya mirasına qarşı törətdiyi cinayətləri beynəlxalq təşkilatların, təşkilatların diqqətinə çardırılmışdır.
Səfər çərçivəsində TBMM-də Sağlıq, Ailə, Çalışma və Sosial işlər Komisiyasının sədri, AkP millət vəkili Vedat Bilginlə də görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Cumhurbaşkanı möhtərəm R.T.Ərdoğanın rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində iki qardaş ölkə arasında gündən-günə inkişaf edən və daha da güclənən əməkdaşlıq çərçivəsində parlamentlərarası dostluq qrupunun vəzifələri və fəaliyyəti haqqında müzakirə edildi.
Qardaş Türkiyənin Ankara şəhərində keçirilən bu tədbirlərdə QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, QAİ-nin İdarə Heyətinin üzvü, ADPU-nin prorektoru, professor Mahirə Hüseynova, QAİ-nin Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üztə kordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, QAİ-nin Qadınlar Şurasının sədr müavini, ADPU-nin dekanı, dosent Könül Həsənova, QAİ-nin Ziyalılar Şurasının üzvü, ADU-nin kafedra müdiri və Qərbi Azərbaycan üzrə araşdırma mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, BDU-nin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və QAİ-nin Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva təmsil etmişdilər.




