Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında qazandıqları möhtəşəm qələbə ölkəmizin idman tarixində mühüm hadisə olmaqla yanaşı, hər bir azərbaycanlının qürur mənbəyidir. Bu uğur bir daha göstərir ki, Azərbaycan idmanı beynəlxalq arenada öz gücünü, nüfuzunu və davamlı inkişafını uğurla qoruyur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çempion güləşçilərimizin qəbul edilməsi ölkəmizdə idmana göstərilən yüksək diqqət və dövlət qayğısının bariz ifadəsidir. Bu yanaşma Azərbaycanda idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir.
Avropa çempionatında əldə olunan bu tarixi qələbə təkcə idman nəticəsi deyil, həm də xalqımızın birliyinin, gənclərimizin güclü iradəsinin və vətənə bağlılığının simvoludur. Güləşçilərimiz göstərdilər ki, əzmkarlıq və məqsədyönlü hazırlıq böyük qələbələrin əsasını təşkil edir.
Bu uğur ölkəmizdə formalaşmış güclü və sistemli güləş məktəbinin nəticəsidir. Peşəkar hazırlıq, düzgün idarəetmə və dövlət dəstəyi Azərbaycan güləşini dünya səviyyəsində rəqabətədavamlı idman məktəblərindən birinə çevirib.
Qazanılan nəticələrdə məşqçilərin, mütəxəssislərin və federasiya əməkdaşlarının da böyük əməyi vardır. Onların birgə fəaliyyəti Azərbaycan idmançılarının beynəlxalq arenada daim yüksək nəticələr əldə etməsinə şərait yaradır.
Bu qələbə gənc nəsl üçün mühüm motivasiya mənbəyidir və göstərir ki, zəhmət, inam və düzgün istiqamətlə ən yüksək zirvələrə çatmaq mümkündür. İnanırıq ki, bu uğur gələcək daha böyük qələbələrin başlanğıcı olacaq.
Əminik ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını beynəlxalq arenalarda ucaldacaq, xalqımıza yeni qürur anları yaşadacaqlar.
Azərbaycan güləşçilərinin Avropa çempionatındakı bu parlaq qələbəsi ölkəmizin idman salnaməsində mühüm yer tutacaq və milli qürur kimi yadda qalacaq.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
