Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakı olduqca əhəmiyyətli idi. Bu amil ölkəmizin artan nüfuzu, güclənən mövqeyi və qardaş dövlətin verdiyi yüksək dəyərin əyani təzühürüdür.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham ƏliyevAntaliya Diplomatiya Forumu çərçivəsində yüksək səviyyəli tədbirlərdə iştirak etməsi, forumun əsas panel iclaslarına qatılması və bir sıra mühüm ikitərəfli görüşlər keçirməsi mühüm əhəmiyyətə malikdir.
Antalya Diplomatiya Forumu qlobal çağırışların müzakirəsi, beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, regional münaqişələrin həlli və çoxtərəfli əməkdaşlığın inkişafı kimi mühüm məsələlərin gündəmdə olduğu nüfuzlu beynəlxalq platformalardan biridir. Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış siyasətçilər və ekspertlər iştirak edərək qlobal gündəliyin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıb.
Bu bir reallıqdır ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin dajha da güclənməsinə xidmət edir. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu kontekstdə post-münaqişə dövründə regionda yeni reallıqların formalaşdığı, sülh gündəliyinin irəli aparılmasının vacibliyi xüsusi önəm kəsb edir.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal enerji və nəqliyyat layihələrinin əhəmiyyəti olduqca böyükdür. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə mühüm əhəmiyyə malikdir. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən işlər təqdirəlayiqdir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Forum çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib: “Bu görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuş, siyasi dialoqun intensivləşdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və humanitar əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olmuşdur. Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparmışlar.
Prezident İlham Əliyev forum çərçivəsində çıxışlarında Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyini, çoxtərəfli əməkdaşlıq mexanizmlərinə sadiq olduğunu və qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulanıb. Dialoq və qarşılıqlı etimad müasir beynəlxalq münasibətlər sistemində əsas prinsiplərdən biri olduğu qeyd edilib.
Azərbaycan Prezidentinin Antalya Diplomatiya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu iştirak Azərbaycanın qlobal diplomatik platformalarda fəal rol oynadığını, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və regional sabitliyin təmin olunmasına töhfə verdiyini bir daha nümayiş etdirmişdir.
Bütövlükdə, Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmiş, ölkəmizin strateji maraqlarının təşviqi və milli prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm nəticələrlə yadda qalmışdır”.
