Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri olduqca əhəmiyyətli idi. Səfər çərçivəsində Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, ikitərəfli əlaqələrin daha da inkişafına dair aparılan müzakirələr diqqət mərkəzində olub.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırdı.
Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunuldu.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardılar.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan–BƏƏ münasibətlərinin yeni mərhələyə yüksəlib: “Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin strateji əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Sözügedən səfər təkcə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal geosiyasi proseslər kontekstində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və BƏƏ arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar üzərində qurulub. Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər siyasi dialoqun intensivliyini və strateji xarakterini bir daha təsdiqlədi. BƏƏ-nin Cənubi Qafqaz regionunda artan marağı, Azərbaycanın isə Yaxın Şərqdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi bu səfərin siyasi məntiqini formalaşdıran əsas amillərdəndir.
Səfərin əsas prioritetlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. BƏƏ Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə bərpa olunan enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və “yaşıl texnologiyalar” sahələrinə artan maraq göstərir. Azərbaycan isə öz növbəsində BƏƏ-nin qabaqcıl maliyyə, innovasiya və investisiya təcrübəsindən faydalanmaq niyyətindədir.
Xüsusilə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması kontekstində BƏƏ şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, eyni zamanda siyasi etimadın göstəricisi kimi çıxış edir.
Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş imici və BƏƏ-nin bərpa olunan enerji üzrə qlobal liderliyə iddiası iki ölkə arasında sinerji yaradır. Günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq, eləcə də enerji keçidi məsələləri səfərin gündəliyində xüsusi yer tutub. Bu, Azərbaycanın “yaşıl enerji zonası” strategiyası ilə BƏƏ-nin uzunmüddətli inkişaf baxışının üst-üstə düşdüyünü göstərir”.
Deputat həmçinin səfərin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və çoxtərəfli diplomatiya məsələlərinin müzakirəsi baxımından da əhəmiyyətli olduğunu bildirib ki, Azərbaycan və BƏƏ beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətlər kimi çıxış edir ki, bu da tərəfdaşlığın siyasi dayanıqlığını gücləndirir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Bu səfər siyasi etimadın möhkəmlənməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi və enerji sahəsində yeni perspektivlərin açılması baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Mövcud dinamika göstərir ki, iki ölkə arasında əməkdaşlıq yaxın gələcəkdə daha geniş coğrafiyanı və sahələri əhatə edəcək”.
