Milli Məclisin deputatı Sevinc Hüseynova növbəti vətəndaş qəbulu keçirib.
Deputat Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində vətəndaşların müraciətlərini dinləyib.
Müraciətlər, əsasən, elektrik təchizatının yaxşılaşdırılması, kəndin qazlaşdırılması və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, bütün müracitələr dinlənilib və aidiyyatı üzrə qeydə alınıb.
Deputatın seçicilərlə görüşündə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.









