Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında olduqca mühüm məsələlərdən bəhs edib. Qeyd edilib ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Akademiya 80 il ərzində böyük yol keçib və Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Sözsüz ki ölkəmizdə Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlətimizin başçısının da vurğuladığı kimi hələ ötən əsrin 70-ci illərində oUlu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdirilib: “Məhz Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərildi. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olub. Prezident İlham Əliyev də hər zaman ölkəmizdə elmin inkişafına xüsusi diqqətlə yanaşıb. Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılıb. Bununla da Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib. Eyni zamanda 2009-cu ildə Elm Fondu yaradılıb. Həmçinin elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilib. Dözlətimizin başçısı da 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində alimlər qarşısında çıxışını məmnunluqla xatırlayaraq ötən dövr ərzində görülən işlərdən bəhs edib”.
Deputat bildirib ki, cənab Prezidentin də vurğuladığı kimi ötən 10 il Azərbaycanın ictimai-siyasi həyatında və tarixində əlamətdar hadisələrlə zəngin olub: “Bu dövr ölkəmizin tarixi Zəfərlə tarixi hadisələrlə yaddaşlara həkk olunub. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası tarixi hadisələrdir. Bu gün artıq biz dövlət və xalq olaraq tarixi Zəfərimizin 5-ci ildönümünü böyük qürurla qeyd edirik. Sözsüz ki, bu gün Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır. Ölkəmiz artıq dəyişən dünyada gedən proseslərə həm uyğunlaşır. Ölkəmiz iqtisadi inkişafdadır və bu yeni texnologiyaların tətbiqi fonunda baş verir. Yeni müharibələrdə də bu özünün göstərir. Ona görə texnoloji inkişaf ölkəmiz üçün əsas prioritetdir. Təbii ki, bu istiqamətdə Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Cənab Prezidentin də qeyd etdiyi kimi hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar sadəcə olaraq bir vasitədir. Həmçinin bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə də rəqəmsallaşmanın geniş miqyasda tətbiqi istiqamətində ciddi addımlar atılır”.
Məlahət İbrahimqızı həmçinin cənab Prezidentin də bəyan etdiyi kimi Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işlərinin icra edildiyini bildirib: “Dövlətimizin başçısının da toxunduğu kimi Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır fikri reallığı əks etdirir. Çünki tarixi reallığı təkzib etmək qeyri-mümkündür. Vaxtilə tarixi ata-baba ocaqlarından zorla deportasiya edilmiş Qərbi Azərbaycanlıların layiqli şəkildə geri dönüşü təmin edilməlidir. Cənab Prezident bir daha bəyan etdi ki, “azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”. Bu tarixi bir reallıq beynəlxaqlq hüququn tərkib hissəsidir. Qərbi Azərbaycandan zorla deportasoiya edilmiş soydaşlarımızın geri dönüb özlərinə məxsus ata-baba ocaqlarında yaşamalarına heç kəsin şübhəsi yoxdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı son iki yüz ildə özünün tarixində dönüş yaratdı Ermənistanın işğalına son qoymağı bacardı. Nəhayət, Qərbi Azərbaycanlıların da uzun ayrılığına, həsrətnə son qoyulacağına tam əminlik mövcuddur. Çünki Qərbi Azərbaycandakı tarixi yer adları, toponimlərin də öz milli kimliyini ifadə etməsinin zamanı çatıb. Ölkəmizin başçısının da bəyan etdiyi kimi “təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”. Bütün bunlar onu göstərir ki, biz xalq olaraq cənab Prezident İlham Əliyevin liderliyi ilə özümüzə məxsus bütün tarixi ərazilərində ləyaqətlə yaşayacayıq”.
