Azərbaycanı zülmətlərdən aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyev ideyalarına xidmət etmək, Ulu Öndərin müqəddəs irsini ləyaqətlə davam etdirərək, Azərbaycanı qalib dövlətə çevirən Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin əsgəri olmaq mənim və silahdaşlarımın alın yazısıdır.
Siyasətinfo xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı özünün sosial media hesablarında bununla bağlı paylaşım edib.
Deputat qeyd edib ki, bu şərəfli yolda Prezident İlham Əliyevin qaldırdığı əbədi Zəfər bayrağının altında müzəffər xalqın nümayəndəsi kimi inamla addımlamaq bizim üçün ləyaqət, şərəf və vicdan məsələsidir: “Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq, biz öz yolumuza, xalqımıza, dövlətimizə və nəyi nə zaman etdiyini mükəmməl bilən liderimiz cənab İlham Əliyevə inanır, güvənir və daha güclü Azərbaycan naminə daim Onun yanındayıq”.
