BAKI, 17 Sentyabr. SİYASƏTİNFO
Milli Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə növbəti görüşünü keçirib.
Siyasətinfo xəbər verir ki, deputatın seçicilərlə bu dəfəki görüşü Gədəbəy rayonu Əlinağılar kənd sakinləri ilə olub.
Görüşdə seçicilərin müraciətləri dinlənilib və müvafiq qeydlər götürülüb.
Həmçinin deputat Sevinc Hüseynovanın təşəbbüsü və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin dəstəyi ilə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan, evdə fərdi qaydada təhsilə cəlb edilən 4 nəfər şagirdə masaüstü kompüter təqdim edilib.
Göstərilən dəstəyə görə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədovaya minnətdarlıq olunub.
Qeyd edək ki, bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.












