Milli Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə növbəti görüşünü keçirib.
Siyasətinfo xəbər verir ki, deputatın seçicilərlə bu dəfəki görüşü Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının inzibati binasında və Gədəbəy rayonunun Əmiraslanlı kəndində olub.
Görüşlərdə seçicilərin müraciətləri dinlənilib və müvafiq qeydlər götürülüb.
Müraciətlər, əsasən, elektrik, qaz təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq, əmlak və digər məsələlərlə bağlı olub.








