Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar.
Bu sözləri Siyasətinfoya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı onun adından yayılan yalan və əsassız xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, növbəti belə şər və yalan məlumat isə bugünlərdə TİK-Tokda yayılıb: “Bu xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır. Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycanlıyam. Ailəmin 1987-1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil”.
Deputat bu yalanları yayan şəxslərə bir daha xəbərdarlıq edib: “Təxribat, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq”.
