BAKI, 9 avqust. SİYASƏTİNFO
Prezident İlham Əliyevin ABŞ- Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri keçirilən görüşlər əldə edilən nəticələr tarixi əhəmiyyət kəsb edir. Bu eyni zamanda Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətininin liderlər səviyyəsində təsdiq hesab edilir. Sözsüz ki, dünyanın bir nömrəli gücü ABŞ-la strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ABŞ-in sabiq prezidenti və dövlət katibi Cozef Bayden və Entoni Blinken administrasiyasının məqsədi Azərbaycan qaralamaq, gözdən salmaq idi: “Məhz bunun bariz nümunəsi kimi 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki bir günlük antiterror əməliyyatından sonra Bayden-Blinken cütlüyü Azərbaycandan rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdılar. Hətta Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər var idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım də çəkilmədi.

Məhz Prezident İlham Əliyevin ABŞ-ə səfəri çərçivəsində Azərbaycanla Amerika arasında strateji tərəfdaşlıq çərçivəsində enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satşa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıqla bağlı əldə edilən razılaşmalar münaisbətlərin yeni dövrə qədəm qoyduğunu təzahür etdirir. Artıq Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Azərbaycan Prezidentinin səfərində ikinci mühüm məqam Ermənistanla sülh prosesinində əldə edilən tarixi nəticələr oldu. Bu xüsusda Azərbaycan və Ermənistan Minsk Qrupunun ləğvi üçün birgə müraciət ünvanlanması da olduqca önəmlidir. Əlbəttə, tarixin qalığı olan eybəcər Minsk Qrupu onsuz da de-facto mövcud deyildi. Amma onun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu” tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur”.
Deputat hesab edir ki, ABŞ-Azərbaycan- Ermənistan arasında əldə edilən üçtərəfli memorandum isə tarixi mahiyyət kəsb edir: “Artıq Ermənistanda və ondan kənarda revanşistlərin, Ermənistanın faşist prezidentləri – Ter-Petrosyan-Koçaryan-Sarkisyanın, erməni lobbisinin, Azərbaycan düşmənlərinin “tutacağ”ı heç nə qalmayıb. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərini, xüsusən “Bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı”.
Məlahət İbrahimqızına görə, Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin dahi gedişlərindən biri idi: “Aydındır ki, bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq, sakitləşəcək. Amma əksinə oldu. Təxminən 5 ilə qədərdir ki Ermənisan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur. Beləliklə, Zəngəzur dəhlizinin idarəetməsi ABŞ-da olacaq. Mollalar, SEPAH, Vilayətilər indi gedıb ABŞ-la “qırmızı xəttləri”ni müzakirə etsinlər. Təbii ki, tarixdə müharibəni udub amma diplomatiyada uduzan o qədər ölkə var ki! Məsələn, İsrail Qəzzada hərbi qələbələr qazanmasına baxmayaraq, beynəlxalq imici darmadağın olub. Amma Azərbaycan həm müharibədə tam və mütləq qələbə qazanıb, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı”.
