Azərbaycan cəmiyyətində elə simalar var ki, onların adı təkcə bioqrafik faktlarla yox, eyni zamanda mənəvi dəyərlər, ziyalılıq ənənələri və ictimai əxlaqla assosiasiya olunur. Belə şəxsiyyətlərdən biri də Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor, tanınmış ictimai-siyasi xadim Eldar Quliyevdir. Çox hörmətli, ziyalı, dəyərli alim ölkəmizin dünəni, bu günü və sabahında öz dəsti-xətti olan Eldar Quliyevin ad günüdür.
Bu gün Azərbaycan cəmiyyətində yolu və xətti professor Eldar Quliyevlə xəsişmiş hər kəs ondan dəstək görüb və istiqamət alıb.

Bu mənada dəyərli alimimizin zəngin həyat yolu heç də təkcə bir tarixi mərhələ deyil, bu həm də ölkənin ictimai həyatına həsr olunmuş zəngin, səmərəli və nümunəvi fəaliyyətin simvolu hesab edilir.
Professor elmimizin inkişafında özünün zəngin təcrübəsini bölüşməklə yanaşı yeni-kadrların formalaşmasında əlindən gələni əsirgəməyib.

Sözsüz ki, cəmiyyətimiz Eldar müəllimi ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə edərkən yaşadığı çətinliklər zamanı etmiş olduğu fədakarlıqlarla da xatırlayır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaxın silahdaşlarından olmuş hörmətli Eldar Quliyev cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin ən böyük dəstəkçici və tərənnümçüsüdür. Torpaqlarımızın işğaldan azad edilməsi professor Eldar Quliyevi də hər şeydən öncə sonsuz vətən sevgisi ilə daha çox qürurlandırıb. Çünki hamı onu Azərbaycan və Türkiyə sevdalısı kimi tanıyır.

Təbii ki, çox dəyərli alimimiz həm də Respublikamızın Ağsaqqallar Şurasının sədri kimi də özünün dəyərli tövsiyyələri və təşəbbüsləri ilə cəmiyyətimizin sarsılmaz ənənələri üzərində inkişafına misilsiz töhfə verir.
Eyni zamanda professor həm də Milli Məclisin deputatı kimi hər zaman seçicilərinin yanındadır. Onun seçiciləri ilə hər görüşü böyük bir tədbiri, az qala kütləvi mitinqi xatırladır. Çünki dəyərli ziyalımız seçicisinin qaldırdığı hər bir məsələyə özününkü kimi yanaşır və onun həllinə köməklik göstərir.

Dəyərli alim, professor Eldar Quliyev dövlətimiz tərəfindən də ən yüksək adlara layiq görülüb. “Şöhrət”, “Şərəf” ordenləri, Azərbaycan Respublikasının “Parlament” medalı və digər ali mükafatlarla layiq görülən hamımızın ağsaqqalı həm də jurnalistlərin yaxın dostudur.
Hörmətli Eldar Quliyevi yeni yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı, xalqımızın, dövlətimizin gələcəyi, inkişaf naminə üzərinə götürmüş olduğu missiyanı uğurla başa çatdırmağı arzulayırıq.
Tapdıq Qurbanlı
