
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi enerji strategiyasında da qarşıya qoyulan bütün işlər uğurla icra edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı enerji təchizatçısı kimi etibarlı tərəfdaş mövqeyinə sahibdir. Çünki ölkəmizin həyata keçirdiyi siyasət sülhə əməkdaşlığa və qarşılıqlı əlaqələrin, milli maraqlar müstəvisində mütərəqqi ideyaların reallaşmasına hesablanıb. Bu baxımdan da Azərbaycanın işğaldan azad edilmiş bölgələri ilə yanaşı digər regionlarda da ümumi strateji xəttə uyğun olaraq işlər uğurla icra edilməkdədir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevin bölgərlərimizə hər bir səfəri yeni infrastruktur obyetklərinin açılışı və təməllərinin qoyulması, sosial və iaşə obyektlərinin insanların ixtiyarına verilməsi ilə müşahidə edilir. Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışında da həyata keçilən mühüm layihələrdən bəhs edib, ölkəmizin enerji strategiyasının mahiyyətini diqqətə çatdırıb. “8 Noyabr” Elektrik Stansiyasının açılışının əhəmiyyətinə toxunan dövlətimizin başçısı ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatmasının əhəmiyyətindən bəhs edib. Bu bir reallıqdır ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin etibarlı enerji təchizatında olduqca əhəmiyyətlidir. Ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə qoyulub. 1970-ci illərdə Mingəçevir Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynayıb. Müstəqilliyin ilk illərində ökəmizdə enerji qıtlığı və böhranı yaranan zaman Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilməsi təmin olunurdu”.
Deputat vurğulayıb ki, 2018-2020-ci illərdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması istiqamətində mühüm addımlar atılıb və uğurlu nəticələr əldə olunub: “Məhz bunun nəticəsidir ki, hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü isə 1880 meqavatdır. Həmçinin Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Bütün bunların nəticəsində Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirin payına düşür. Əldə olunan bu uğurlu göstərici isə energetika bazası, təcrübə və Azərbaycan energetiklərinin peşəkarlığı sayəsində mümkün olub. Azərbaycanın vacib tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin də bu uğurda payı böyükdür. Tərəfdaşlarla birlikdə Azərbaycan energetikləri qısa zamanda çox mühüm nəticə əldə etməyə nail olublar. Azərbaycan dövləti ilə İtaliya və Çin arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri də bu xüsusda önəmli amil kimi önə çıxır”.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır: “Hazırda dünyada gedən müharibələr fonunda bütün sahələr üçün açıq təhdidlər yaranır. Azərbaycan bu müharibələrin ağır nəticələrini yaşamış bir ölkədir. Məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə ərazisinin 20 faizi işğal altına düşüb. 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Hər zaman özünün dağıdıcı mahiyyətindən əl çəkməyən Ermənistan II Qarabağ müharibəsininin gedişində Bərdəni, Gəncəni, Tərtəri bombaladığı kimi Mingəçevir şəhərini də raket atəşinə tutub. Məqsəd Mingəçevir elektrik stansiyasını partlatmaq müharibənin gedişində Azərbaycan xalqına çətinliklər yaratmaq istəyirdi. Amma düşmənin bu niyyəti baş tutmadı və qalib Azərbaycan Ordusu onların bütün həmlələrinin qarşısını alaraq onu 2020-ci ilin 10 noyabrında kapituliyasiyaya məcbur etdi. Sözsüz ki, tarixi Şuşa şəhərinin düşməndən azad edilməsi şərəfinə Mingəçevridə “8 Noyabr” Elektrik stansiyasının açılması eyni zamanda zəfərimizi xakaterizə etmiş olur”.