
Prezident İlham Əliyevin ölkəmizin bütün bölgələri ilə yanaşı 30 il Ermənistanın işğalı altında olan ərazilərin bərpasına böyük diqqətlə yanaşmasının nəticəsi olaraq artıq Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. II Qarabağ müharibəsinin başa çatmasından ötən 5 ilə yaxın müddətdə ərazilərin mənfur ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi ilə yanaşı bölgədə böyük-quruculuq-bərpa işləri icra olunmaqdadır. Məhz bunun nəticəsidir ki, Zəngilanda, Şuşada, Laçında, Cəbrayılda, Ağdərədə, Ağdamda və digər azad edilmiş bölgələrimizdə keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına, ata ocaqlarına geri dönüşü təmin edilib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak edib: “Bu dövlətimizin erməni barbarlarının 30 il dağıdıb viran qoyduğu, məhv etdiyi tarixi dini, mədəni abidələrin bərpası ilə yanaşı yeni məscidlərin də inşasının ziyarətə açılmasının bariz nümunəsidir. Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. Eyni zamanda dövlətimizin başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında da iştirak ediblər. Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir.

Mayın 9-da həmçinin ölkəmizin başçısı və birinci xanım Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Həmin gün Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Sözsüz ki, atılan bu addımlar işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Regionda istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar”.

Deputat Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə Prezident İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışının tarixi hadisə olduğunu söyləyib: “Sözsüz ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. İşğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir”.

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirakının da xalqımızın yaddaşında əbədi qalacağını bildirib: “Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, orta məktəb, körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi bu bölgəyə qayıdan insanların rahatlığına xidmət edən başlıca amillərdən biridir. Sözsüz ki, Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşü, onlara evlərin açarlarını təqdim etməsi qürurverici mənzərə idi. Ölkəmizin başçısının Kənd sakinlərini ilə səmimi söhbəti zamanı onların keçmiş qaçqın və məcburi köçkün kimi yaşadıqları istirabların artıq sona çatdığı qeyd edib. Bəyan olundu ki, bu gün Qarabağ və Şərq Zəngəzurda yenidən həyat canlanır. Kəngərli kəndinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Bu xalqımızın həyatında tarixi hadisədir. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışını etməsi isə xüsusi ilə əlamətdar hadisə oldu. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Bu Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Prezident İlham Əliyevdə Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında bu tədbirin mayın 10-da keçirilməsinin, təbii ki, rəmzi məna daşıdığını diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin doğum günündə belə bir hadisənin baş verməsinin qürurverici olduğu vurğulanıb”.



