
Çox təəssüf ki, bəziləri insanlara şər və böhtan atmaqdan zövq alırlar. Seçicilərin səsi ilə deputat mandatını qazanan hər bir millət vəkili dərk edir ki, o dövlətinə, xalqına və liderinə borclu olmaqla bərabər, ona səs verən hər bir Azərbaycan vətəndaşına da borcludur və məsuliyyət daşıyır.
Siyasətinfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı onun adından yalan məlumat yayılmasına münasibət bildirərkən deyib.
“Hər kəs bilir ki, Tik-Tokda paylaşılan, guya Məlahət İbrahimqızı Azərbaycan xalqı haqqında müsahibəsində verdiyi hörmətsiz fikirlər ona yad olan fikirlərdir”, – Deputat əlavə edib.
Millət vəkili Məlahət İbrahimqızının dəyərli seçiciləri də onu çox yaxından tanıyır və belə şər yazanlara da inanmır.