
Milli Məclisin deputatı Sevinc Hüseynova növbəti vətəndaş qəbulu keçirib.
Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy Rayon Təşkilatının inzibati binasında vətəndaşları qəbul edən Milli Məclisin deputatı Sevinc Hüseynova onları maraqlandıran məsələləri dinləyib, ünvanlanan müraciətləri qeydə alınıb.
Vətəndaşlar tərəfindən edilən müraciətlər, qaldırılan məsələlər əsasən sosial, məşğulluq və digər sahələrlə bağlı olub.
Qəbulda YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.






