
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrimizə hər bir səfəri quruculuq-bərpa işləri ilə yerində tanış olmaqla yanaşı, yeni təməllərin qoyulması infrastruktur və sosial obyektlərin açılışı ilə müşahidə edilir. Bu mənada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonuna səfəri də yaddaqalan oldu. Ağdərə rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər. Eyni zamanda Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar.
Bu sözləri Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etməsi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarları təqdim olunması da olduqca qürurverici idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında da iştirak ediblər. Ölkəmizin başçısı Suqovuşan kənd sakinləri ilə görüşündə onlarla səmimi söhbət edib, mühüm məqamlara toxunub. II Qarabağ müharibəsinin gedişində azad edilən Suqovuşan kəndinin strateji əhəmiyyətindən bəhs edilib. Bu kəndin tarixi, strateji əhəmiyyəti onun coğrafi mövqeyi Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsinin gedişində azad etdiyi mühüm ərazilərdən biri kimi xüsusi önəmi diqqətə çatdırılıb”, – deyə o qeyd edib.

Deputat ölkə başçısının da vurğuladığı kimi Şuşa, Hadrut əməliyyatları ilə yanaşı bu ərazilərin azad edilməsi böyük qəhrəmanlıq, hünər tələb etdiyini söyləyib: “Sözsüz ki, güclü Azərbaycan Ordusu, Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızın hər bir qarışı kimi Suqovuşan kəndinin azad edilməsi olduqca önəmli idi. Bu kənd II Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilib. Kəndin azad edilməsi növbəti uğurlardan, hərbi qələbələrdən olmaqla yanaşı 44 gün ərzində Azərbaycan Ordusunun Zəfər yürüşündə mühüm nöqtə olub. Təbii ki, hər bir qarış ərazi kimi Suqovuşanın da azad edilməsi Ordumuza, bütün xalqımıza əlavə ruh verib”.
Sevinc Hüseynova Vətən müharibəsindəki tarixi qələbəyə böyük bir uğurlu yolun keçilməsi sayəsində nail olunduğunu bildirib: “Ölkəmizin iqtisadi qüdrətinin təmin edilməsi, ordu quruculuğu və beynəlxalq müstəvidə möhkələnən mövqeyimiz imkan verdi ki, Azərbaycan özünün haqlı mövqeyini daha da möhkəmləndirsin. Güclü Ordu quruculuğu prosesi, Azərbaycan xalqının işğal faktı ilə barışmaması, vətənpərvərlik hissinin yüksək səviyyədə olması tarixi qələbəni şərtləndirən mühüm amillərdəndir. Beləliklə, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanın, qəbul edilən ərazi bütövlüyünü və suverenliyiuni tam təmin etdi. Bu fakt əslində II Dünya müharibəsindən sonra dünyada yaşanan ilk nümunədir”.
Təftiş Komissiyasının sədri əlavə edib ki, Vətən Mhüribəsindəki tarixi qələbə ilə xalqımız alnıaçıq şəkildə özünün milli həmrəyliyini, birliyini, tarixi günlərini, bayramlarını daha böyük coşqu ilə qeyd edir: “Şuşada, Xankəndidə, Ağdərədə, Suqovuşanda, Talış kənddə bayram tonqalları alovlandırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri həyata keçirilir və bu imkan verir ki, keçmiş qaçın və məcburi köçkünlərin qısa zamanda öz ata-baba ocaqlarına geri dönüşü, əbədi və xoşbəxt, təhlükəsiz yaşayışı təmin edilsin”.