
Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri olduqca önəmlidir. Bu səfər sözsüz ki, iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək. Həmçinin Azərbaycanla Şimali Makedoniya münasibətlərində yeni bir mərhələ başlanır. Bu baxımdan rəsmi səfər olduqca böyük önəm kəsb edir.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm töhfə kimi qiymətləndirilir: “Aparılan müzakirələr, verilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın mətbuata vermiş olduğu birgə bəyanatda vacib mesajlar səsləndirilib. Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinin bu səfərin əhəmiyyətini yüksək qiymətləndirib. Ölkəmizin başçısı qeyd edib ki, Şimali Makedoniya prezidentinin Azərbaycana ikinci səfəridir. COP29 konfransında da Şimali Makedoniya prezidentinin fəal iştirak yüksək dəylərləndirilib. Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırılır. Həmçinin ölkələr arasında siyasi dialoq dinamik xarakter alıb. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülür. Eyni zamanda iki ölkə arasında iqtisadi sahədə sərmayə qoyuluşu ilə bağlı imkanlar araşdırılır”.

Deputat Azərbaycanla Şimalı Makedoniya arasında energetika sahəsində əməkdaşlığa toxunub: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarlarına çatdırılır. Eyni zamanda Azərbaycanın qaz təchizatını artırması da mümkündür. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur. Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Azərbaycan hazırda regionun 12 ölkəsinə mavi qaz nəql edir. Mavi qaz ixracatı dövlət gəlirləri ilə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini, siyasi nüfuzunu daha da möhkəmlənməsinə xidmət edir”.
Eldar Quliyev vurğulayıb ki, Azərbaycanın rolunun güclənməsi Şimali Makedoniya ilə yanaşı digər tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanlarının artırır: “Azərbaycan Avropanın 10 ölkəsini mavi yanacaqla təmin edir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edir. Sözsüz ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Bu baxımdan da Şimalı Makedoniya ilə energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq önəmlidir. Şimalı Makedoniya prezidentinin XII Qlobal Bakı Forumunda iştirakı isə münasibətlərin inkişafına təsir edəcək”.