
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Direktoru Rəvan Həsənli ilə Müsahibə: Azərbaycanın birgəyaşayış nümunəsi, Multikulturalizmin Gələcəyi və Beynəlxalq Əlaqələrdəki Rolu”
Əsas məqsədi regionda həmrəylik, sülh və sosial inteqrasiyanın dəyərlərini təbliğ etmək olan Birləşmiş Ərəb Əmirliyinin Manara mərkəzinin “Birgəyaşayışın işıqları” adlı layihəsində iştirakçıları Qərbi Kaspi Universitetinin əməkdaşları Günay Heydərli, Ülkər İmanzadə və Günel Rəhimli Rəvan Həsənlidən müsahibə götürmüşdür.
Rəvan müəllim, ilk olaraq istərdik ki, rəhbəri olduğunuz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət istiqamətləri haqqında məlumat alaq.
Mərkəz 2014-cü il mayın 15-də Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yaradılmışdır. Bildiyimiz ki, Azərbaycanda 30-a yaxın fərqli dil, mədəniyyət, dini daşıyıcısı olan xalqlar yaşayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu dəyərləri dəyər kimi qorumaqla yanaşı onu bir dövlət siyasətinə də çevirməyə başladı. Xüsusilə, Heydər Əliyevin əsas prioritet istiqamətlərindən biri çoxmədəniyyətli cəmiyyətin idarə edilmə modelini formalaşdırmaq və bunun konstitusiyada, qanunvericilikdə, siyasi arenada əks olunması vacib idi. Çox vaxt insanlar multikulturalizmin sivilizasiya məsələsi olduğunu düşünürlər. Azərbaycan kimi ölkələrdə multikulturalizm mədəniyyət məsələsi olmaqla yanaşı, həm də təhlükəsizlik məsələsini ortaya çıxarır. Çünki mürəkkəb coğrafiyada yerləşir və təbii ki, çoxlu təhdidlər var. Bu təhdidlər çox vaxt ölkə daxilindən gəlmir. Ölkə xaricindən gələn ideologiyalar və ya təsirlər daşıyır. 2014-cü ildə yaradılan mərkəzin qarşısında olan hədəflərdən biri Azərbaycanda olan müxtəlif dinləri, mədəniyyətləri, inancları qorumaq onların yoxa çıxmamasına dəstək göstərməkdir. Mərkəzin hədəflərindən biri Azərbaycanın zəngin multikultural ənənələrini ölkədaxili və ölkəxaricində təbliğ etmək, öyrənmək, öyrətmək, müqayisə aparmaq hesabatlar hazırlamaq, Azərbaycanın İslam, yəhudilik , həm xristian irslərinin tanıdılmasıdır. Azərbaycan ərazisində 150-dən çox kilsə var. Bəs niyə bu kilsələr dağıdılmayıb? Torpaqlarımız 30 il işğal altında qaldı və orada olan bütün məscidlər yerlə yeksan edildi və dağıdıldı. Biz bu müqayisəni də verməyə çalışırıq. Bəzən deyirlər ki, multikulturalizm mərkəzi hər şeylə məşğuldur. Bizim 9 ölkədə filialımız var, 26 dünya universiteti ilə birbaşa kontraktımız var. Biz beynəlxalq qış və yay məktəbləri təşkil edir, həm də mədəni irsimizin təbliği ilə məşğul oluruq.
Bəs siz bugün diskriminasiya növü kimi İslamafobiya ilə necə mübarizə aparırsınız?
Mübarizəni mən iki yerə ayırıram: lokal və qlobal mübarizə. Lokal mübarizə təbii ki, sənin qanunvericiliyin tam uyğun olmalıdır ki, sən nifrət nitqlərinin və diskriminasiyanın yayılmasının qarşısını alasan. Siyasət də buna uyğun olmalıdır. Avropa sanki qorxurlar ki, Avropa 20 ildən sonra tamamilə islamlaşacaq və bunu özləri üçün təhdid hesab edirlər. İslam bir inanc sistemidir, bir dindir və bu radikalına da təsir edir, inanclısına da təsir edir. Əgər ekstrimizlə mübarizə aparırsansa, bunun adını ekstrimizm qoy, radikalizmlə mübarizə aparırsansa bunun adını radikalizm qoy. Terrorizmlə mübarizə aparırsansa bunun konkret adı var – terrorizm. Amma, sən islamla mübarizə aparmamalısan. Düzdü, İslamofobiya məsələsi 2022-ci ildə BMT Baş Assambleyasının 15 mart “İslamafobiya ilə mübarizə günü” elan etməsi ilə daha çox gündəmə gəlməyə başladı. Amma bu bir maarifləndirmədir. Çünki, çoxu tövsiyə xarakterlidir. İnteraktiv deyil. Siz din dövlət münasibətlərini, din hüquq münasibətlərini oxuyanda görəcəksiniz ki, bütün dövlətlərin özünü qoruma instikti ondan ibarətdir ki, hamısı iddia edir ki. Bizim milli dəyərlərimiz var və qlobal dini dəyərlər bizim milli dəyərlərlə toqquşur. Bu toqquşmanı həll edə bilən dövlət qazanclı çıxacaqdır.
Bizim sualımızdan biri də elə ondan ibarətdir idi ki, biz birgəyaşayış ənənəsini necə təmin eləmişik, necə qorumuşuq?
Bilirsiz necədir. Azərbaycan həmişə çoxmillətli olubdur. Bu bizə əvvəllər qazanc kimi görünmürdü. Amma indi biz baxırıq bu doğrudan da bir zənginlikdir. Bunu göstərmək lazımdır. Bu bizim vizit kartımıza çevrilə bilər. Çevilir də. Dünyada nadir dövlətlərdənik ki, bu dəstəklənir. Fransanın baş katibi deyirdi ki, mən evimdə yəhudiyəm. Çöldə isə fransızam. Bizim yəhudi icmasının rəhbəri isə deyir ki, narahat olmaya bilərsiniz mən elə evdə də, çöldə də yəhudiyəm. Yəni konkret detallar var ki, elə o detallar hər şeyi izah edir. Mən Avropanı pisləmək niyyətində deyiləm Amma ki, istənilən Avropanın sivil şəhərinə gedin, adi ibadətgahların önündə silahlı şəxslər dayanıb. Biz isə gəlirik məscidə namaz vaxtı çata bilmədiyimiz zaman rahat girib sinaqoqda namaz qıla bilirk. Bu şeyləri nümayiş etdirmək bizim özümüzdə olmayıb. Amma indi onu göstərmək lazımdır.
Biz öyrənmək istərdik ki, Azərbaycan qanunvericiliyi bunu necə dəstəkləyir?
1995-ci ildə qəbul olunan Konstitutsiyanın əksər normalarında, bərabərlik hüququ, ana dilindən istifadə hüququ, milli kimlik hüququ, öz mədəniyyətini qorumaq hüququ, öz dilində təhsil almaq və öz dilində mediaya sahib olmaq hüququ, vicdan azadlıq hüququ kimi maddələrində öz əksini tapıb. Digər tərəfdən də Azərbaycan 50-dən çox konvensiyanı beynəlxalq səviyyədə təsdiq edib və ratifikasiya edib ki, milli azlıqların, etnik xalqların və dini azlıqların hüquqlarının qorunması ilə bağlıdır. Bunların hamısını da ən yüksək şəkildə icra edib.
Hal-hazırda texnologiya və süni intelekt olduqca çox inkişaf etməkdədir. Bəs bunun mültikultiralizm cəhətdən necə istifadə edə bilərik?
Hər bir xalq bugün süni intelektə investisiya edir. Mən çox arzu edərdim ki, Azərbaycanda da gənclər başqalarının yaratdığı süni intelektdən istifadə etməklə bərabər özünəxas süni intelekt proqramı hazırlasınlar. Belə düşünürəm ki, bu rəqabət gələcəkdə daha aqresiv olacaq. Bəzi peşələr ortadan qalxacaq. Müsbət cəhətləri ilə yanaşı belə təhdidləri də var. Nəzarətsiz bir mexnizmdir.
Süni inteleklər bəlkə də həyatı sürətləndirir. Amma, çox depressiv bir cəmiyyət yaradır. Sizin ailəyə, dosta, qohuma ehtiyacınız qalmır. Bununla rəqabət çox çətindir. Yeni nəsil bu səbəbdən daha fərqlidir və biz onları anlamağa çalışmalıyıq və daha tolerant yanaşmalıyıq.
Başqa bir sualiniz varmı
Çox sağ olun.



