
Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri olduqca önəmlidir. Bu səfər ikitərəfli əlaqələrin inkişafında mühüm töhfə hesab edilir. Səfər çərçivəsində iki ölkə arasında aparılan müzakirələr, verilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın mətbuata vermiş olduğu birgə bəyanatlarda da mühüm mesajlar səslənib: “Prezident İlham Əliyev bu səfərin əhəmiyyətini yüksək qiymətləndirib. Ölkəmizin başçısı qeyd edib ki, Şimali Makedoniya prezidentinin Azərbaycana ikinci səfəri yadda qalan olub. COP29 konfransında da Şimali Makedoniya prezidentinin fəal iştirak yüksək dəylərləndirilib. Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırılır. Həmçinin ölkələr arasında siyasi dialoq dinamik xarakter alıb. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülür. Sözsüz ki, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılır. Məhz bu səfərin qarşıda duran vəzifələrin uğurla icrasına mühüm təkan olacağı bildirilib. Bununla yanaşı iki ölkə energetika sahəsində əməkdaşlıq mühüm önəm kəsb edir. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarlarına çatdırılır. Eyni zamanda Azərbaycanın qaz təchizatını artırması da mümkündür”.

Məlahət İbrahimqızı hazırda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini bildirib: “Bunlardan 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edir. Sözsüz ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Bu baxımdan da Şimalı Makedoniya ilə energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq önəmlidir. Bütün bunlarla yanaşı iki xalq arasında da humanitar sahədə əməkdaşlığa böyük ehtiyac var. Şimalı Makedoniya prezidentinin XII Qlobal Bakı Forumunda iştirakı bu mənada xüsusi önəm daşıyır”.