
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva müstəqilliyimizin ilk illərindən dövlətimizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirmiş və həyata keçirdiyi unikal layihələrlə həm ölkə həyatında, həm də ölkəmizin sərhədlərindən çox uzaqlarda böyük əks-səda vermişdir. Məhz 90-cı illərin əvvəllərində Mehriban xanım Əliyeva rəhbərlik etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları” təşkilatının xətti ilə həyata keçirdiyi misilsiz layihələrlə mədəniyyətin dili ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış və çoxsaylı uğurlarla ölkəmizdə mədəniyyət diplomatiyasının əsasını qoymuşdur. Bütün fəaliyyəti boyu hansı vəzifəni icra edibsə Mehriban xanım Əliyeva böyük nailiyyətlərə imza atmışdır.
2017-ci ildən isə Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti möhtərəm Mehriban xanım Əliyeva daha məsuliyyətli və şərəfli vəzifəni, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini həyata keçirir. Mehriban xanım bu institutun çox yüksək fəaliyyəti ilə formalaşdıran ilk ali dövlət rəhbəri kimi həm də gələcək xələfləri üçün örnək bir təcrübə məktəbi yaratdı.
Birinci vitse-prezident vəzifəsinə təyin olunduğu ilk gündən “arxasında xalqın dayandığı Müzəffər Xalqın Müzəffər Liderinin etimadını doğrultmağın elə xalqın etimadını doğrultmaqdır” – deyərək, möhtərəm Mehriban xanım Əliyevə yeni başladığı müqəddəs yolun konturlarını bildirmişdir. O ali dövlət vəzifəsində qısa müddətdə nəcib, önəmli, strateji və çoxşaxəli fəaliyyəti ilə adını çağdaş dövlətçilik tariximizin qızıl səhifələrinə yazmışdır. Qürürverici haldır ki, Mehriban xanım Əliyeva ali dövlət vəzifəsinə təyin olunanadək Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi mötəbər təşkilatların xoşmərəramlı səfiri kimi yüksək vəzifələrdə gördüyü işlərlə beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmış, ona göstərilən ən çətin və ali vəzifələri yüksək səviyyədə yerinə yetirməyi əməlləri ilə sübut etmişdir. O, Müzəffər Ali Baş Komandanın silahdaşı kimi, ötən müddət ərzində mükəmməl təcrübəsi, malik olduğu bilik və istedadı, zəhmətsevərliyi, əzmkarlığı, təmkin və səbri ilə xalqın sevimlisinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinə qədər Mehriban xanım Əliyeva həyata keçirdiyi möhtəşəm layihələrlə, xalqımızı və onun mədəniyyətini, incəsənətini, tarixini, xüsusən də Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasında Azərbaycana böyük nailiyyətlər qazandırmışdır. O yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi oldu və hər bir layihəsində Qarabağ Azərbaycandır dedi. Onun uğurlu mədəniyyət diplomatiyası sayəsində beynəlxalq təşkilatlar tətəfindən Qarabağın qeyri-maddi, mədəni və tarixi irsi dünya mirasının tərkibi kimi qəbul edildi. Bir tərəfdən Dövlət Başçımızın yorulmaz fəaliyyəti, uzaqgörən və müdrik siyasəti, sarsılmaz iradəsi sayəsində BMT və digər Avropa strukturlarının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini tanıyan siyasi qərarlar qəbul edirdisə, digər tərəfdən UNESCO və İSESCO-da da Qarabağda xalqımız tərəfindən əsrlər boyu yaradılmış qeyri-maddi, mədəni və tarixi irsin Azərbaycanın tükənməz mədəni irsi kimi tanıyan qərarlar qəbul edilmişdi. Möhtərəm Mehriban xanım Qarabağ muğamları, Qarabağ xalçaları, Qarabağ atları, Xarı Bülbül festivalları kimi beynəlxalq səviyyəli layihələrlə Ana Vətənimizin ayrılmaz parçası olan Azərbaycanın bir parçası olan Qarabağın dünya mirasınıa vermiş olduğu töhfələri dünyaya çatdırırdı. Qarabağın işğaldan azad olunması yolunda O, mədəniyyət diplomatiyasının dili ilə ən mötəbər kürsülərdə mükəmməl çıxışlarında erməni yalanlarını ifşa edirdi. Məhz elə bunun nəticəsində Dövlətimizin Başçısının müdrikliklə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayətində təcavüzkar Ermənistanın ölkəmizə qarşı törətmiş olduğu işğalçılıq siyasəti bütün beynəlxalq müstəvilərdə ifşa olunmuşdu.
Çox hörmətli Mehriban xanım Əliyevanın məharət və uzaqgörənliklə həyata keçirdiyi mədəniyyət diplomatiyasının uğurları 44 günlük Vətən müharibəsi zamanı qazandığımız möhtəşəm Zəfərdə də özünü göstərdi Belə ki, uzun illər dünya erməniliyi və radikal erməni ideoligiyası tərəfindən beynəlxalq aləmdə Azərbaycanda guya xristianlığa və azsaylı xalqlara qarşı ciddi ayrı-seçkilik siyasətinin mövcud olduğunu və antiazərbaycan təbliğatı aparılmış və bir sıra hallarda onlar hətta buna nail ola bilmişdi. Möhtərəm xanım Birinci vitse-prezidentimiz rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Prezidenti, UNESCO, İSESCO-nun xoşməramlı səfiri kimi beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlığı çərçivəsində keçirilən ardıcıl və məqsədyönlü layihələr sayəsində xalqımızın ən zəngin multikultural dəyərlərə malik olmasını və ən tolerant xalq olduğunu dünyaya sübut edilmişdi. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi ilə ölkəmizin hər yerində bütün dinlərə və inanclara, məxsus abidələr eləcə də erməni kilsələri ən yüksək səviyyədə bərpa edilibdi. Bütün bu layihələrlə O, fərqliliyin və çoxmədəniyyətliliyin Azərbaycan xalqının mahiyyəti və gözəlliyi olduğunu sübut etdi. Möhtərəm xanım Birinci vitse prezident 44 günlük Vətın müharibəsindən sonra da uğurlu mədəniyyət diplomatiyası ilə öz missiyasını yüksək səviyyədə davam etdirir. Onun təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ torpaqlarında Heydər Əliyev Fondu tərəfindən tarixən mövcud olmuş və erməni vandalları tərədindən məhv edilmiş islam, xristian, eləcə də digər inanclara məxsus bütün abidələr bərpa etdirilir. Bununla da möhtərəm Mehriban xanım Əliyeva həyata keçirdiyi mədəniyyət diplomatiyası ilə fərqli mədəniyyətlərə, dillərə və inanclara, rənglərə məxsus olan insanlar dünyanın gələcəyi naminə dialoqa çağırmışdır. Məhz Onun uğurlu mədəniyyət diplomatiyasının təməlində də insanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, humanizm dili dayanır.
İlk Avropa İdman oyunlarının və IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi, müxtəlif beynəlxalq səviyyəli konfransların, forum, festivalların keçirilməsi də məhz bu etimad və hörmətdən irəli gəlir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Qurucusu və Rəhbəri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri… nəhayət, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olan möhtərəm Mehriban xanım Əliyeva fəaliyyəti ilə daima xalqımıza başucalığı gətirmişdir. Xalq arasındakı sadəliyinə, səmimiliyinə və təvazökarlığına görə bu mötəbər Xanım bu gün hər kəs tərəfindən “Sizin Mehriban” adlandırılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərini xatırlayarkən, onun yaratmış olduğu və tariximizi zənginləşdirən bir çox ilkləri də qeyd etmək lazımdır. Ən önəmlisi və qürurvericisi isə odur ki, möhtərəm Mehriban xanım Əliyevaya dünyanın, eləcə də Azərbaycanın çoxəsrlik tarixində nadir hadisələrdən və titullardan biri olan Müzəffər Ali Baş Komandanın silahdaşı olmaq, Qalib Xalqın Müzəffər Birinci Xanımı kimi müqəddəs ad nəsib olmuşdur. Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün səfərlər, orada çəkilmiş video və fotolardakı Onun məğrur və təmkinli görkəmi bu gün də dünya mediasının baş xəbərinə çevrilmişdir. Bu səfərlərlə O, həm də cəsur Azərbaycan qadınının obrazını, eləcə də Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu dünyaya bəyan edirdi.
İşğaldan azad olunduqdan qısa müddət sonra Qarabağın incisi, Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşada keçirilən silsilə Xari Bülbül festivalları və beynəlxalq tədbirlərdən dünyaya sülh mesajları göndərilir. Bu gün xanım Mehriban Əliyava möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda uğurla başlamış Qarabağa Böyük qayıdışın başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərirlər. Bu mənada Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Mehriban xanımın xalqına, millətinə, dövlətinə, humanizmə və insanlığa təmənnasız xidmət etməyini çox gözəl bilir və yüksək qiymətləndirir.
Məlahət İbrahimqızı
Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru.