
Milli Məclisin deputatı Sevinc Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib.
Deputat Gədəbəy rayonunun Moruxlu və Pərizamanlı kəndlərindən olan seçicilərlə görüşüb.
Görüşdə seçicilər tərəfindən edilən müraciətlər, əsasən, elektrik, qaz təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələlərlə bağlı olub.
Seçicilərin bütün müraciətləri dinlənilib və aidiyyatı üzrə qeydə alınıb.












