Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunun Çanaqçı kəndində növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər, əsasən, elektrik təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələləri əhatə edib.
Ötən ay keçirilən qəbulda sosial (əlilliyin müəyyən edilməsi və ÜDSY) məsələ ilə bağlı müraciət edən Çanaqçı kənd sakini, çoxuşaqlı ailə başçısı Hümmətov Güloğlan Məhər oğlu da müraciətinin müsbət həlli ilə bağlı təşəkkürünü bildirmək üçün deputatın qəbulundə iştirak edib.
Həmçinin qəbulda YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edin.
Millət vəkili daha sonra sakinlərin və Çanaqçı kənd uşaq bağçasının kollektivinin müraciəti ilə uşaq bağçasında olub.