II Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsindən və 2023-cü sentyabrın 19-20-də həyata keçirilən bir günlük anti-terror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Azərbaycan beynəlxalq müstəvisdə özünün hüquqlarını bərpa etdikdən sonra bəzi qərb ölkələri və təşkilatları erməni lobbisinin istək və arzularına uyğun olaraq ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməyə başlayıb. Bu xüsusda bəzi daxili ünsürlərin ələ alınması ilə yanaşı ölkəmizdə olan səfirliklərin də bu iyrənc kampaniyada yer alması kimi təəsüfedici məqamlar ortaya çıxıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın daixli işlərinə müdaxilə etmək və ölkədə məhkəmə hüquq sisteminin fəaliyyətinə kölgə salmağa heç kəsin haqqı çatmır: “Azərbaycan hüquqi dövlətdir və ölkədə hər bir şəxsin hüquqları konstitusiyaya uyğun olaraq qorunur, təmin edilir. Heç kəs dini mənsubiyyətinə, hansısa fəaliyyətinə və mövqeyinə görə təqib və təzyiqlərə məruz qalmır. Hər kəs qanun qarşısında bərabərdir. Sözsüz ki, bəziləri kənar qüvvələrin diktəsi ilə özlərinin qanundan hesab etsə də qanunun hamı üçün keçərlidir. Ona görə də, Azərbaycan dünyada tolerantlıq məkanı olaraq demokratik və hüquqi dövlət kimi beynəlxalq birliyin ən layiqli üzvlərindən biridir”.
Millət vəkili hesab edir ki, Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaq üçün bəzi qüvvələr müxtəlif yollara əla atır: “Bu yaxınlarda Bakıda Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin toplantısında bəzi əsassız məsələlər müzakirə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da haqlı olaraq bu məsələyə dair fikirlər öz əksini tapıb. Çünki bu kimi bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”.
Deputat ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanla bağlı səsləndirmiş olduğu fikirlərin də mahiyyətinə toxunub: “Erməni lobbisinin istək və arzularının ifadəçisi olaraq ABŞ-ın hazırkı adminstrasiyasi başda Cozef Bayden və onun komandası hakimiyyətdə olduğu dövrdə anti-İslam, anti-Türkiyə, anti-Azərbaycan ritorikasından əl çəkməyib. Bu mənada Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatı qətiyyətlə rədd edilir”.